"Unibank"da biznes kreditləri 0% komissiyalı oldu


Digərləri 11 Yan 2018 11:08:34 223 0

"Unibank"da biznes kreditləri 0% komissiyalı oldu

"Unibank" biznes sahibləri üçün bir aylıq komissiyasız kredit kampaniyası keçirir.

Bakı. "Unibank" biznes sahibləri üçün bir aylıq komissiyasız kredit kampaniyası keçirir. Yanvar ayı ərzində rəsmiləşdirilən biznes kreditləri komissiyasız olacaq. Bu barədə Trend-ə bankdan məlumat verilib. Siz də biznesinizi bu ildən daha da böyütmək istəyirsinizsə, Unibankın 0% komissiyalı və sərfəli faizli biznes kreditlərindən faydalanın! "Unibank"ın biznes sahibləri üçün 50% endirimli kampaniyası da davam edir. Yanvarın 31-dək "Unibank"da hüquqi şəxs hesabı açan müştərilərə, 3 ay ərzində bank xidmətlərində 50% endirim ediləcək. Biznes sahibləri üçün keçirilən kampaniya aşağıdakı xidmətləri əhatə edir: Konvertasiya əməliyyatları; Manat və xarıcı valyuta ödənişləri; Əmək haqqı layihəsi üzrə köçürmələr; Nağd pulun çıxarılması; Hüquqi şəxslər üçün kartın qiymətində endirimlər. "Unibank"ın biznes müştərisi olmaq hansı üstünlüklər verir?