Sevda qayınanasını hədələdi: "Sənə nifrət edirəm"


Şou-biznes 11 Yan 2018 10:53:00 282 0

Sevda qayınanasını hədələdi: "Sənə nifrət edirəm"

Həm zəng vurub məndən üzr istəyirsən, həm də arxamca yenə söyürsən. Yəqin sevginin gücündəndir.

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Sevda Sanəliyeva həyat yoldaşı Cəmilin anasının ünvanına deyib.

Sənətçi qayınanasının iddialarına cavab verərək, onu polislə hədələyib:

"Sənə nifrət edirəm. Bu dünyada da, o dünyada da iki əlim yaxandadır. Ölmüş anama söydüyün üçün məndən yalvara-yalvara üzr istəyəndə, sənin üzrünü qəbul etməmişdim, sən demə, düz etmişəm. Böyüklük məndə qalsın. Əgər bir də mən səndən təhqir eşitsəm, hədə-qorxu gəlsən, düşünmədən səni məhkəməyə verəcəm. Sabah ilk işim isə uşaqlarımın və özümün, evimin təhlükəsizliyini qorumaq üçün ərizə ilə lazımi qurumlara müraciət etmək olacaq. Əgər ailəmin və mənim başıma nəsə gəlsə, müsahibələrindəki hədə-qorxu dolu sözlərini sübut kimi təqdim edəcəm".