Koreyanın bu addımı bitkoinin ucuzlaşmasına səbəb oldu


Dünya 11 Yan 2018 10:43:00 279 0

Koreyanın bu addımı bitkoinin ucuzlaşmasına səbəb oldu

Dünyada ən populyar kriptovalyuta olan bitkoin 13 min dollaradək ucuzlaşıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu ucuzlaşma Cənubi Koreyada kriptovalyuta ilə ticarətə tam qadağa qoyulmasını nəzərdə tutan qanun layihəsinin hazırlanması barədə bəyanatdan sonra qeydə alınıb.

"CoinMarketCap" portalının məlumatına əsasən, bitkoin 8,7% və ya 13,13 min dollaradək ucuzlaşıb. "Coindesk" isə bu kriptovalyutanın məzənnəsinin 11% və ya 13,25 min dollaradək azaldığını yazır.