Millimizin futbolçusunun yeni klubu müəyyənləşdi


İdman 11 Yan 2018 10:19:00 267 0

Millimizin futbolçusunun yeni klubu müəyyənləşdi

Azərbaycan milli komandasının futbolçusu Deniz Yılmaz Türkiyənin "Genclerbirliyi” klubuna transfer olunub.

Goal.az “Futbol Arena”ya istinadən xəbər verir ki, 30 yaşlı forvardla 1,5 illik müqavilə razılaşdırılıb. 

Qeyd edək ki, müqavilə ilə "Bursaspor”a məxsus olan Yılmaz maaş məsələsində rəhbərliklə problem yaşadığı üçün transferə çıxarılıb. Super Liqada çıxış edən "Gənclərbirliyi” 17 turdan sonra 14 xalla 17-ci pillədə qarşılaşıb. Ümit Özatın rəhbərlik etdiyi kollektiv növbəti oyununu yanvarın 16-da Türkiyə Kubokunun 1/16 final mərhələsinin cavab matçı çərçivəsində məhz Bursa təmsilçisinə qarşı keçirəcək. Ankaralılar evdə baş tutan ilk görüşdə 1:0 hesabı ilə qalib gəliblər.