Azərbaycanda dövlət büdcəsinin kəsiri maksimal həddən 34 mln. manat az olub


İqtisadiyyat 11 Yan 2018 09:32:16 72 0

Azərbaycanda dövlət büdcəsinin kəsiri maksimal həddən 34 mln. manat az olub

Büdcədən investisiya xərclərinə 2,7 mlrd. manat yönəldilib və nəzərdə tutulan bütün layihələrin maliyyələşdirilməsi təmin edilib

Azərbaycanın 2017-ci ilin dövlət büdcəsinin gəlirləri və xərcləri təsdiq edilmiş proqnoza qarşı 98% səviyyəsində icra olunub və müvafiq olaraq 16 447 mln. manat və 17 588 mln. manat təşkil edib.

"Report" xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, büdcə proqnozu ilə nəzərdə tutulan mədaxil mənbələrindən 736 mln. manat az vəsait daxil olmasına baxmayaraq, gömrük daxilolmalarının 16% və ya 359 mln. manat çox olması, əlavə həcmdə dövlət qısamüddətli istiqrazlarının daxili bazarda satılması və büdcə xərclərinin səmərəliliyinin artırılması hesabına büdcə təşkilatlarının təqdim etdiyi məxaric sifarişləri dövlət büdcəsinin təsdiqlənmiş xərcləri çərçivəsində tam icra olunub.

"Dövlət büdcəsinin kəsiri təsdiqlənmiş yuxarı həddən 34 mln. manat az olub. İcmal büdcənin icrasında əldə edilmiş müsbət dinamika xüsusilə qeyd olunmalıdır. Belə ki, təsdiqlənmiş icmal büdcənin kəsiri 7,6 mlrd. manat və ya ÜDM-in 11,1%-i səviyyəsində proqnozlaşdırılırdısa, ilin nəticələrinə əsasən, həmin kəsir ÜDM-in 1,5 %-inədək daralaraq 1 mlrd. manat təşkil edib", - deyə S.Şərifov əlavə edib.

O qeyd edib ki, 2017-ci ildə sosial sahənin prioritet qaydada maliyyələşdirilməsi məqsədilə 5 052 mln. manat və ya dövlət büdcəsi xərclərinin 28,7%-i həcmində vəsait yönəldilib.

Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, onların yaşayış şəraitinin yaxşılaşdırılması üçün 2017-ci ilin icmal və dövlət büdcələrindən üst-üstə 326 mln. manat, o cümlədən dövlət büdcəsindən 221 mln. manat, Dövlət Neft Fondunun büdcəsindən 105 mln. manat vəsait ayrılıb.

Dövlət büdcəsinin vəsaiti hesabına investisiya xərclərinə 2 690 mln. manat vəsait yönəldilməklə, nəzərdə tutulan bütün layihələrin maliyyələşdirilməsi təmin edilib.

Neft ucuzlaşdı like
  • 11 Yan 09:30  
Dünya Neft ucuzlaşdı

Dünya birjalarında neft ucuzlaşıb.

arrow Ətraflı
Rusiya AŞPA-nın sessiyasına yenə nümayəndə heyəti göndərməyəcək like
  • 11 Yan 09:29  
Dünya Rusiya AŞPA-nın sessiyasına yenə nümayəndə heyəti göndərməyəcək

Bunu Rusiya Dövlət Duması sədrinin müavini Pyotr Tolstoy bildirib

arrow Ətraflı
DİN rəhbəri Türkiyənin üzləşdiyi təhlükədən danışdı like
  • 11 Yan 09:29  
Digərləri DİN rəhbəri Türkiyənin üzləşdiyi təhlükədən danışdı

2017-ci il ərzində Türkiyədə ümumilikdə 20 min ton heroin müsadirə edil

arrow Ətraflı
Dünən yol qəzalarında 1 nəfər ölüb, 7 nəfər xəsarət alıb like
  • 11 Yan 09:23  
Sosial Dünən yol qəzalarında 1 nəfər ölüb, 7 nəfər xəsarət alıb

Cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb

arrow Ətraflı
Bakıda yaşayış binasında yanğın: like
  • 11 Yan 09:20  
Digərləri Bakıda yaşayış binasında yanğın:

Bakıda yanğın hadisəsi qeydə alınıb.

arrow Ətraflı
ABŞ-da universitetdə atışma like
  • 11 Yan 09:19  
Digərləri ABŞ-da universitetdə atışma

ABŞ-ın Kaliforniya ştatında universitetdə atışma haqqında xəbər yayıl

arrow Ətraflı
Azərbaycanda zəlzələ olub like
  • 11 Yan 09:15  
Digərləri Azərbaycanda zəlzələ olub

Lerik rayonunda zəlzələ qeydə alınıb.

arrow Ətraflı
Lerikdə zəlzələ olub like
  • 11 Yan 09:05  
Sosial Lerikdə zəlzələ olub

Zəlzələnin dərinliyi 33 km olub

arrow Ətraflı
İnsanın immun sisteminin “xəritə”si yaradılacaq like
  • 11 Yan 08:59  
Digərləri İnsanın immun sisteminin “xəritə”si yaradılacaq

"Microsoft" korporasiyası "Adaptive Diotechnologies" starta

arrow Ətraflı
Uşaqların qızdırmasını salmaq üçün bu dərmanlardan like
  • 11 Yan 08:58  
Digərləri Uşaqların qızdırmasını salmaq üçün bu dərmanlardan

Bir çox infeksion xəstəliklər və soyuqdəymə bədən temperaturunun qalxma

arrow Ətraflı
“Facebook” “Sony”nin səsyazma studiyası ilə anlaşdı like
  • 11 Yan 08:55  
Digərləri “Facebook” “Sony”nin səsyazma studiyası ilə anlaşdı

"Sony" korporasiyasına məxsus səsyazma studiyası - "Sony/ATV

arrow Ətraflı
Varşavada sərnişin təyyarəsi qəza enişi edib like
  • 11 Yan 08:53  
Dünya Varşavada sərnişin təyyarəsi qəza enişi edib

Varşavada "Bombardier" markalı sərnişin təyyarəsi qəza enişi e

arrow Ətraflı
Mobil proqramlara 60 milyard dollar xərclənib like
  • 11 Yan 08:51  
Digərləri Mobil proqramlara 60 milyard dollar xərclənib

"Sensor Tower" şirkətinin məlumatına görə 2017-ci ildə pullu mo

arrow Ətraflı