Mobil proqramlara 60 milyard dollar xərclənib


Digərləri 11 Yan 2018 08:51:00 275 0

Mobil proqramlara 60 milyard dollar xərclənib

"Sensor Tower" şirkətinin məlumatına görə 2017-ci ildə pullu mobil proqramlar, abunə və daxili ödənişlərdən əldə edilən gəlirlər 35% artıb. "App Store" və "Google Play" istifadəçiləri ötən il təxminən 60 milyard dollar xərcləyiblər.

Son.az ICTnews-a istinadən bildirir ki, "Apple" şirkəti uzun illər mobil proqramlardan əldə edilən gəlirlər üzrə liderliyini qoruyub saxlayıb. 2017-ci il bu baxımdan, həmçinin istisna olmayıb. "Sensor Tower"in sözlərinə görə, "iOS" istifadəçiləri ötən il mobil proqramlara 38,5 milyard dollar, "Android" sisteminin idarəetməsi altında işləyən qurğu sahibləri isə 20,1 milyard dollar xərcləyiblər.

"Apple" şirkətinin mobil əməliyyat sistemi yalnız istifadəçilərin xərcləri planında deyil, həm də artım tempinə görə liderdir. "App Store" proqramlar mağazasında mobil proqramlardan əldə olunan gəlir 34,7 %, "Google Play"da isə 34,2% artıb.

Hər iki mağazanın göstəricilərini ümumiləşdirsək, 2017-ci ildə istifadəçilər mobil proqramlara 58,7 milyard dollar xərcləyiblər. 2016-cı ildə bu göstərici 43,5 milyard dollar təşkil edib.