Qəzaya uğrayan tankerə partlayış oldu


Dünya 11 Yan 2018 08:48:00 241 0

Qəzaya uğrayan tankerə partlayış oldu

Çin sahillərində yük gəmisi ilə toqquşan İrana məxsus Panama bayrağı altında üzən neft tankerində partlayış baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Çin Nəqliyyat nazirliyindən bildiriblər.

Nazirliyin saytında dərc edilmiş bəyanatda bildirilir: "Yanvar ayının 10-u saat 13:35-də "SANCHI" tankerində partlayış baş verməsi səbəbi ilə yanğının aradan qaldırılması üzrə işlər müvəqqəti dayandırılıb, axtarış-xilasetmə gəmiləri təhlükəsiz məsafəyə çəkilib. Yanğının söndürülməsi üzrə işlər gözlənilən nəticəni verməyib".

136 ton qaz kondensatı daşıyan tankerdə partlayışın baş verməsi ekologiya üçün potensial təhlükə yaradır.

Qeyd edək ki, Panama bayrağı altında üzən İran şirkətinə məxsus "SANCHI" neft tankeri yanvarın 6-da Çinin şərq sahillərində Honkonqa məxsus "CF CRYSTAL" yük gəmisi ilə toqquşub. Tankerin göyərtəsində 30 İran və 2 Banqladeş vətəndaşı daxil olmaqla, 32 nəfər heyət üzvü olub. Toqquşma nəticəsində onlarla əlaqə kəsilib. Yanvarın 9-da qəza zamanı itkin düşən dənizçilərdən birinin meyiti tapılıb.