İŞİD ilə əlaqəli 60 nəfərə yaxın insan ölkəyə qayıdıb


Dünya 11 Yan 2018 08:38:00 267 0

İŞİD ilə əlaqəli 60 nəfərə yaxın insan ölkəyə qayıdıb

  

İŞİD terror qruplaşması ilə əlaqəli olan 60 nəfərə yaxın Kanada vətəndaşı Yaxın Şərqdən ölkəyə qayıdıb və hazırda xüsusi xidmət orqanlarının nəzarəti altındadırlar.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Kanadanın baş naziri Castin Tryudo Hamilton (Ontario əyaləti) şəhər meriyasında çıxışı zamanı bildirib.

"2015-ci ildən İŞİD terror qruplaşması ilə əlaqəli olan 60-a yaxın Kanada vətəndaşı vətəninə qayıdıb və bizim kəşfiyyat xidmətlərimiz onları daim izləyir. Biz kanadalıların və bizim cəmiyyətin təhlükəsizliyinə görə məsuliyyət daşıyırıq və bu məsələdə heç vaxt kompromisə getmərik", - baş nazir bildirib.