Kaliforniyada fəlakətdə ölənlərin sayı 17yə çatıb


Dünya 11 Yan 2018 08:28:00 217 0

Kaliforniyada fəlakətdə ölənlərin sayı 17yə çatıb

ABŞ-ın Kaliforniya ştatında leysan yağışları və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.

Son.az Trend-ə istinadən bildirir ki, daha əvvəl 15 nəfərin öldüyü bildirilirdi. Bundan əlavə 13 nəfər itkin düşüb.

"Biz təəssüflə bildiririk ki, hazırda həlak olanların sayı 17 nəfərədək artıb - daha 2 nəfərin cəsədi bu gün aşkar edilib", - Santa-Barbara dairəsinin şerifi Bill Braun bildirib.

Bundan əlavə, təbii fəlakət nəticəsində 100 yaşayış evinin dağıldığı bildirilir.