ABŞda miqrantların saxlanılması üzrə əməliyyatlar keçirilib


Dünya 11 Yan 2018 08:18:00 223 0

ABŞda miqrantların saxlanılması üzrə əməliyyatlar keçirilib

ABŞ-ın İmmiqrasiya Xidməti qeyri-leqal miqrantların saxlanılması üzrə böyük əməliyyatlar keçirib.

Son.az Trend-ə istinadən bildirir ki, "7-Eleven" mağazalar şəbəkəsinin 100-ə yaxın mağasında keçirilən əməliyyatlar nəticəsində 21 qeyri-leqal miqrant saxlanılıb.

İmmiqrasiya Xidmətinin məlumatına əsasən, əməliyyatlar ölkənin paytaxtı Vaşinqtonda və 17 digər ştatda keçirilib: "Bu tədbirlər qeyri-leqal miqrantları işlədən Amerika firmalarına sərt mesajdır: biz qanunun tələblərini yerinə yetirəcəyik və əgər siz onu pozursunuzsa, onda buna görə cavab verməli olacaqsınız".

Qeyd edək ki, "7-Eleven" mağazalar şəbəkəsinin dünya üzrə 60 min mağazası var. Onlardan 8 mindən çoxu ABŞ-ın ərazisində yerləşib.