Aeroport yolunda gənc oğlanı avtobus vurub


Digərləri 11 Yan 2018 08:20:00 234 0

Aeroport yolunda gənc oğlanı avtobus vurub

Piyada yerüstü piyada keçidindən istifadə etməyib

Bakıda hava limanı istiqamətində gedən yolun Sabunçu rayonu ərazisinə düşən hissəsində piyadanı avtobus vurub.

Son.az "Report"a istinadən bildirir ki, 17 yaşlı Vəliyev Vüsal Taryel oğlu sürət həddi 120 km/saat olan yolda yerüstü piyada keçidindən istifadə etməyərək, piyadalar üçün müəyyən edilməmiş yerdən keçib. Nəticədə özəl şirkətlərin birinə məxsus "Hyundai" markalı sərnişin avtobusu onu vurub. Yaralı ağır vəziyyətdə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.