Azərbaycanda pambıq istehsalı son iki ildə səkkiz dəfə artıb


İqtisadiyyat 11 Yan 2018 05:26:20 271 0

Azərbaycanda pambıq istehsalı son iki ildə səkkiz dəfə artıb

200 minə yaxın insan pambıqçılıq sahəsində çalışır

Respublika ərazisində 200 minə yaxın insan pambıqçılıq sahəsində çalışır.

"Report"un məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin iclasında məlumat verib.

"Keçən il bölgələrdə pambıqçılıq, baramaçılıq, fındıqçılıq, tütünçülük, çayçılıq, çəltikçilik, sitrusçuluq üzrə müşavirələr keçirilib, bir neçə dövlət proqramı qəbul edilib. Biz görürük ki, bu sahələrdə çox böyük inkişaf var. Bu sahələrə göstərilən diqqət həm iş yerlərinin yaradılmasına gətirib çıxarır, həm də ixrac potensialımızı artırır. Misal üçün, keçən il 207 min ton, 2016-cı ildə 89 min ton, 2015-ci ildə isə 35 min ton pambıq yığılıbdır. Yəni, biz iki il ərzində pambıq istehsalını demək olar ki, səkkiz dəfə artırmışıq və 200 minə yaxın insan pambıqçılıq sahəsində çalışır, pul qazanır", - deyə dövlət başçısı bildirib.