Xəzər dənizində İrana məxsus hərbi gəmi qəzaya uğrayıb


Dünya 11 Yan 2018 05:07:31 243 0

Xəzər dənizində İrana məxsus hərbi gəmi qəzaya uğrayıb

Hadisə nəticəsində iki heyət üzvü itkin düşüb

İranın hərbi gəmisi Xəzər dənizində hərəkətdə olarkən beton dalğaqıranla toqquşub.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, hadisə nəticəsində iki heyət üzvü itkin düşüb.

Uzunluğu 1000 metrə çatan "Dəmavənd" hərbi gəmisi Bəndər-Ənzəli şəhərinin limanında dalğanın hündürlüyü 4 metrə çatdığı məqamda baş verib. Qəza nəticəsində heyət üzvlərindən 6-sı suya düşüb, onlardan 4 nəfərini operativ şəkildə xilas etmək mümkün olub.

Heç bir rəsmi mənbə qəza nəticəsində ölən və yaralananlar barədə məlumat yaymayıb.