Kaliforniyada daşqınlar zamanı ölənlərin sayı 17 nəfərə çatıb


Dünya 11 Yan 2018 04:49:00 258 0

Kaliforniyada daşqınlar zamanı ölənlərin sayı 17 nəfərə çatıb

Daşqınlar leysan yağışları nəticəsində yaranıb

ABŞ-ın Kaliforniya ştatının cənub hissəsində leysan yağışları nəticəsində yaranan sürüşmə və daşqınlar zamanı ən azı 17 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə Santa-Barbara dairəsinin şerifi Bill Brauna istinadən NBC məlumat yayıb.

Bundan əvvəl təbii fəlakət nəticəsində ölənlərin sayının 13 nəfər olduğu xəbər verilmişdi.