Günün qoroskopu: işlərinizdə yalnız uğura və ya bəxtə bel bağlamayın


Digərləri 11 Yan 2018 00:01:00 278 0

Günün qoroskopu: işlərinizdə yalnız uğura və ya bəxtə bel bağlamayın

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç - yaxın ətrafınızdakı insanlarla ünsiyyətdə qaba və yalnız özünü düşünən insan təsiri bağışlamayın. Fikir ayrılıqları və ixtilaflar həllini tələb edən məsələnin ertələnməsinə səbəb olmamalıdır. Görəcəyiniz işlə bağlı ilkin təəssürat sizi aldatmasın. Sifarişi və ya tapşırığı yaxşıca araşdırın.

Günün ikinci yarısında səhvlərdən yayınmaq və sürətli işləmək üçün yaxşı imkanlar yaranacaq.

Ailə münasibətlərini möhkəmləndirə bilərsiniz. Sevdiyiniz insanla bağlı durum sizdə narahatlıq yaratmamalıdır. Problemlərin çözümü zəhmət və vaxt tələb edir. Tanışlarınız arasında sonradan yaşamınıza təsir edə biləcək insan var.

Buğa - kommunikativ bacarıqlarınız və məharətiniz yüksək səviyyədə olmalıdır. Ehtiyac duyduğunuz məlumatı almaq və informasiyadan hali olmaq üçün fəndgir, hiyləgər olun. Sizdən nələrisə gizlətməyə çalışan insanı diqqətlə müşahidə edin. Bu adama hansı problemlərin təsir etdiyini, onun nəyi aktual saydığını araşdırın.

Günün ikinci yarısında yaxınlarınızla təmaslarda, sevdiyiniz insanla münasibətlərdə alicənab, qayğıkeş olun. Ailə məsələləri ilə bağlı dürüst qərar qəbul etmək asanlaşacaq. İnandığınız insanlarla məsləhətləşin.

Əkizlər - situasiya dayanıqlı deyil. Qeyri-stabillik sizi narahat etməsin, təbdən çıxarmasın. Başladığınız işi mütləq şəkildə başa vurun. İşlərinizdə dəstək almaq üçün peşəkar əlaqələrinizi yada salın.

Günün ikinci yarısında tərəfdaşlar və müttəfiqlərlə vəziyyəti müzakirə edin.

Adi günlərlə müqayisədə şəxsi münasibətlərdə normallaşma müşahidə olunacaq. Qarşılıqlı anlaşmaya nail olmaq mümkündür. Xroniki xəstəliyiniz varsa, ağrılarınız yaranacaq. Axşam saatlarında səhhətinizdə problemlər istisna deyil.

Xərçəng - karyeranız və peşəkar inkişafınızın asılı olduğu insanlarla açıq danışın. Dediklərinizə onların anlayışla yanaşmaları ehtimalı az deyil. Dəstək və ya yardım ala bilərsiniz. İşgüzar danışıqlar pis keçməyəcək.

Uzun zamandan bəri tanıdığınız tərəfdaşlarla danışıqlar günün ikinci yarısında pis keçməyəcək.

Şəxsi həyat və münasibətlərlə bağlı məsələləri nəzərdən keçirəndə diqqətli olun. Sevdiyiniz insanla açıq söhbət ünsiyyətin normallaşmasına xidmət edəcək.

Şir - inandığınız insanlarla tərəfdaşlığı və əməkdaşlığı bərpa etmək üçün əlverişli gündür. Belə əlaqələr peşəkar fəaliyyət prosesindəki situasiyanın yaxlaşdırılması, müsbət təmayüllərdən yararlanma və habelə uzunmüddətli planların inkişafı baxımından zəruridir.

Günün ikinci yarısında avantüralara qapılmayın, düşünülməmiş addımlar atmayın. Kimisə aldatmağa çalışmayın.

Yaxınlarınızla təmaslarla yanaşı, yeni tanışlıqlar üçün də yaxşı zamandır. Axşam saatlarına yaxın yaşam arealında qayda yaradın. Şəxsi sənədlərinizlə bağlı situasiyanı çözün.

Qız - yaranan problemlər arasında ən təxirəsalınmaz həll tələb edəni müəyyənləşdirin və onu çözməyə başlayın. Yaxşı hazırlaşın. Həll prosesi yüngül olmayacaq. Biliklərinizi sistemləşdirin, xeyli əvvəl öyrəndiyiniz məsələləri yada salın. Daha təcrübəli insana yardım üçün müraciət edə bilərsiniz.

Günün ikinci yarısında münasibətlərdə səmimiyyət, rahatlıq müşahidə olunacaq. Yeni tanışlıqlar istisna deyil. Ümumi maraqlarınızın olduğu insanla və ya xoş xatirələrinizin bağlı olduğu adamla qarşılaşa bilərsiniz.

Stressə əsir olmayın.  

Tərəzi - özünüzdən bədgüman olmasanız, başladığınız işi uğurla bitirə bilərsiniz. Fəaliyyətinizin mənasız və ya sonucsuz olacağını düşünməyin. Sədlərlə maneələr yaransa belə, layihəni yarımçıq qoymayın. Problemlərin əksəriyyəti kiçikdir. Onları böyütməyin.

Günün ikinci yarısında yeni tanışlıq istəyirsinizsə, dəvət aldığınız məkana yollanın. Yaxın ətrafınızdakı insanlarla yanaşı, sizi tanımayan insanda da özünüzlə bağlı xoş təəssürat yarada bilərsiniz.