Sınıqçıların təyin etdiyi müalicə yolları fəsadlara yol açır VİDEO


Digərləri 10 Yan 2018 23:01:00 270 0

Sınıqçıların təyin etdiyi müalicə yolları fəsadlara yol açır  VİDEO

Burxulma,çıxıq, sınıq...

Son.az bildirir ki, belə hadislər baş verən zaman bəzi insanlar həkimdən qabaq sınıqçı axtarır.

Mingəçevirdə yaşayan Sərvan Soltanov uzun illərdir bu işlə məşğul olduğunu deyir. O, atasından öyrəndiyi işi bu gün səhvsiz icra etdiyini iddia edir.

Sınıqçının sözlərinə görə, ona həm yaşlı, həm də gənclər müraciət edir. Sərvan Soltanov daha ağır vəziyyətdə olan xəstələri yoxlanış üçün rentgen müayinəsinə göndərdiyini də bildirir. Bundan sonra isə özünün hazırladığı məlhəmlərdən istifadə etməklə əl, ayaq və digər nahiyyələrdəki çıxıq, sınıq və əzikləri müalicə edir.

Yaşlı nəslin nümayəndələri isə həkimdən daha çox sınıqçıya inadıqları üçün bura gəldiklərini deyirlər.

Sınıqçıya gördüyü işin müqabilində isə 3-5 manat ödəniş edilir.