Azərbaycan neftinin SON QİYMƏTİ


Digərləri 10 Yan 2018 23:04:00 250 0

Azərbaycan neftinin SON QİYMƏTİ

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 9-da 70,44 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 0,58 dollar/barel çoxdur. Son.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 9-da 69,79 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,8 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti yanvarın 9-da 67,16 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,54 dollar/barel çoxdur.