Tapıntı bürosu 1 milyon dollar dəyərində qiymətli əşyanı hərracda satıb


Digərləri 10 Yan 2018 22:40:00 248 0

Tapıntı bürosu 1 milyon dollar dəyərində qiymətli əşyanı hərracda satıb

Dubay polisi tapıntı bürosunda sahibi tərəfindən tələb edilməyən, ümumi dəyəri 1 milyon dollar olan əşyaları hərracda satıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, 60 min dirhəm (16,3 min dollar) dəyərində "Vertu" telefonu, 11 min ədəd qol saatı, 1679 ədəd planşet, 1217 ədəd fotokamera, 639 ədəd noutbuk və digər əşyaların sahibləri qanunla müəyyən olunmuş müddətdə müraciət etmədiklərinə görə həmin əşyalar hərraca çıxarılıb.

Tapılan bütün əşyalar Dubay polisində 1 ay ərzində saxlanılır və bu müddətdə əşya sahiblərinin öz mallarını geri qaytarmaq fürsəti var. Əgər müraciət edən mülkiyyətçi ölkə xaricindədirsə, o zaman yoxlamadan sonra əşya poçt vasitəsilə sahibinə göndərilir. İtən əşyaların hamısının kriminal mənşəli olub-olmaması diqqətlə yoxlanılır.