İlham Əliyev: Özünüməşğulluq proqramının çox böyük gələcəyi var və bu proqramın icrası ilə bağlı əlavə tədbirlər görüləcək


Digərləri 10 Yan 2018 22:24:45 219 0

İlham Əliyev: Özünüməşğulluq proqramının çox böyük gələcəyi var və bu proqramın icrası ilə bağlı əlavə tədbirlər görüləcək

Özünüməşğulluq proqramının çox böyük gələcəyi var və bu proqramın icrası ilə bağlı əlavə tədbirlər görüləcək.

Bakı. Özünüməşğulluq proqramının çox böyük gələcəyi var və bu proqramın icrası ilə bağlı əlavə tədbirlər görüləcək. Trend-in məlumatına görə, bunu yanvarın 10-da Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında yekun nitqində deyib. Prezident deyib ki, ictimai işlərin yaradılması öz müsbət nəticəsini verib: “Biz bu işə iki il bundan əvvəl başladıq, buna ehtiyac var idi. Çünki işsizlik artmağa başlamışdı. Dünya iqtisadi və maliyyə böhranı bizə də təsir etmişdi. İşsizliyin qabağını almaq üçün biz ictimai işlərin yaradılmasına başladıq və operativ tədbirlər nəticəsində il ərzində on minlərlə ictimai iş yaradılmışdır. İndi ictimai işlərə tələbat o qədər də böyük deyil. Bölgələrdə olarkən maraqlanıram və mənə məlumat verilir ki, indi kənd təsərrüfatına bu qədər dəstəyin verildiyi bir vaxtda vətəndaşlar - yəni, kəndlilər daha çox kənd təsərrüfatı işləri ilə məşğuldurlar, orada daha çox pul qazanırlar. Ona görə, ictimai işlərə maraq azalıb".