Azərbaycan Prezidenti: Yeni mənzillərlə təmin ediləcək məcburi köçkünlərin sayı iki dəfə artacaq


Digərləri 10 Yan 2018 22:18:26 214 0

Azərbaycan Prezidenti: Yeni mənzillərlə təmin ediləcək məcburi köçkünlərin sayı iki dəfə artacaq

Yeni mənzillərlə təmin ediləcək məcburi köçkünlərin sayı iki dəfə artacaq.

Bakı. Yeni mənzillərlə təmin ediləcək məcburi köçkünlərin sayı iki dəfə artacaq. Trend-in məlumatına görə, bunu yanvarın 10-da Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında yekun nitqində deyib. Dövlətimizin başçısı qeyd edib ki, bu il yeni köçkün şəhərcikləri, qəsəbələri salınacaq. Bu il yeni mənzillərlə təmin ediləcək köçkünlərin sayı keçən illə müqayisədə təxminən iki dəfə artacaq: “Əgər 2017-ci ildə 12 min insanı biz yeni mənzillərə, evlərə köçürmüşüksə, bu il ən azı 20 min köçkün yeni evlərə, mənzillərə köçürülməlidir. Bu rəqəm çox da ola bilər". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin