Tanınmış rusiyalı violin ifaçısının Bakıda konserti olacaq


Digərləri 10 Yan 2018 22:05:53 251 0

Tanınmış rusiyalı violin ifaçısının Bakıda konserti olacaq

Beynəlxalq Muğam Mərkəzində tanınmış rusiyalı violin ifaçısı çıxış edəcək.

Bakı. Yanvarın 16-da Beynəlxalq Muğam Mərkəzinin "Klassik musiqi inciləri" layihəsi çərçıvəsində rusiyalı violin ifaçısı, beynəlxalq müsabiqələr laureatı Elina Druxun konserti keçiriləcək. Trend-in məlumatına görə, konsertdə İ.S.Baxın, E.Şossonun, P.İ.Çaykovskinin, A.Zeynallının və F.Əlizadənin əsərləri səslənəcək. İfaçını beynəlxalq müsabiqələr laureatı, pianoçu Aslan Aslanov müşayiət edəcək. Elina Drux Sankt-Peterburq Konservatoriyasının məzunu, Bayroytedə keçirilən Pasxal festivalının laureatı (2007), Sviridov adına Beynəlxalq müsabiqənin laureatı(2007), Mravinski adına Beynəlxalq festivalın laureatı(2008), "Rusiyanın gənc istedadları" ümumrusiya müsabiqəsinin (2008), Vayman adına Beynəlxalq müsabiqənin (2009), Birinci ümumrusiya müsabiqəsinin (2011), Rahmanınov adına 5-ci beynəlxalq müsabiqənin (2012), Yelski adına 3-cü beynəlxalq müsabiqənin (2013), Bakıda keçirilən respublika müsabiqəsinin (2017) qalibidir. Elina Drux Auer adına beynəlxalq müsabiqənin xüsusi prizinə layiq görülmüşdür (2014).