Goranboyda 31 yaşlı qadın kömür tüstüsündən zəhərlənib


Sosial 10 Yan 2018 21:46:35 264 0

Goranboyda 31 yaşlı qadın kömür tüstüsündən zəhərlənib

Xəstənin vəziyyəti ağırdır

Goranboy şəhərində zəhərlənmə hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, şəhərdə kirayədə yaşayan 1987-ci il təvəllüdlü Gülanə Qarayeva qızdırıcı sobada istifadə etdiyi kömürün tüstüsündən zəhərlənərək xəstəxanaya yerləşdirilib.

Xəstənin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.