Həm pulundan, həm də kombisindən oldu VİDEO


Digərləri 10 Yan 2018 21:47:47 257 0

Həm pulundan, həm də kombisindən oldu  VİDEO

Vətəndaş qışın oğlan çağında həm pulundan, həm də kombisindən olub. Səbəb isə kombi ustasının onu aldatması olub.

Son.az bildirir ki, Abşeron sakini Aytən Nadirova evinə quraşdırdığı kombi xarab olduğu üçün usta axtarmaq məcburiyyətində qalıb.

Saray qəsəbəsində divara vurulmuş bir ustanın elanını görüb və onunla əlaqə saxlayıb.

Aytən Nadirova deyir ki, kombi ustası ilə aralarında heç bir müqavilə imzalanmayıb. Usta nə qədər təmir haqqı deyibsə onu da verib.

Usta adı və iş yeri barədə məlumat vermədiyindən şikayətçi hazırda çıxılmaz vəziyyətə qalıb. Üstündən bir ay keçməsinə baxmayaraq ödənilən pul və ya kombi geri qaytarılmayıb. Usta ilə biz də əlaqə saxlamağa çalışsaq da telefonuna zəng çatmadı.