Bakıda "7 gözəl - Wedding and Fashion Show" keçiriləcək (VİDEO)


Digərləri 10 Yan 2018 20:51:43 228 0

Bakıda "7 gözəl - Wedding and Fashion Show" keçiriləcək (VİDEO)

"Pi Group" şirkəti Qafqazın ən böyük biznes oteli olan "Boulevard" oteldə 9 fevral saat 18.00 möhtəşəm mükafatlandırma və moda gecəsinə hazırlaşır.

Bakı. "Pi Group" şirkəti Qafqazın ən böyük biznes oteli olan "Boulevard" oteldə 9 fevral saat 18.00 möhtəşəm mükafatlandırma və moda gecəsinə hazırlaşır. Trend-in məlumatına görə, Azərbaycanda ilk dəfə sevgililər gününə həsr olunmuş "7 gözəl - Wedding and Fashion Show" keçiriləcək. Gecədə 2018-ci ildə dəbdə olacaq gəlinlik və ziyafət geyimlərinin, makiyaj və saç düzümlərinin nümayişi, tanınmış müğənnilərin çıxışı, məhşurların mükafatlandırılması baş tutacaq. Gecənin aparıcısı Vüsalə Kərimovadır. Rəqqasə Fatimə Fataliyeva və digər rəqqasların xüsusi şousu isə gecəyə rəng qatacaq. Gecənin sonunda bilet alıb şounu seyr edənlər üçün xüsusi viktorinalar keçiriləcək. Onlar gəlinlik, müxtəlif ziyafət geyimləri, pulsuz makiyaj olunma, saç düzümləri və başqa hədiyyələr qazana biləcəklər. Qeyd edək ki, biletlər artıq satışdadır. Biletləri əldə etmək üçün aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərsiniz. +994504507097 +994559792597