Bakıda və Şəmkirdə ev yanıb


Digərləri 10 Yan 2018 20:41:00 248 0

Bakıda və Şəmkirdə ev yanıb

Bakıda və Şəmkirdə yanğın olub.

Son.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Şəmkirin Sabirkənd kəndində ümumi sahəsi 196 kv.m olan ikimərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 98 kv.m sahədə və evə bitişik ümumi sahəsi 84 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Bakının Yasamal rayonunda da üçmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 110 kv.m olan 2 otaqlı mənzilin hamamının dam örtüyü 3 kv.m sahədə yanıb.