"Siz dişlərinizi yumağı öyrənəndə mən sekslə məşğul olmağı bilirdim"


Dünya 10 Yan 2018 20:45:00 311 0

"Siz dişlərinizi yumağı öyrənəndə mən sekslə məşğul olmağı bilirdim"

Bizə öyrətmişdilər ki, Tanrı sevgidir və Tanrıya sevgini göstərməyin tək yolu seksdir

Seksual məqsədlər üçün qurulan dini təriqətdən qaçıb qurtulmağı bacaran qadın başına gələn dəhşətli hadisələri Barcroft TV-də danışıb.

Son.az Dailymail-ə istinadla xəbər verir ki, Amerikada yaşayan Daun Vatson adlı qadın "The Children of God" ( Tanrının övladları ) cəmiyyətindəki ağrılı-acılı həyat hekayəsini bölüşüb.

O, hər gün oradan qaçmağı arzuladığını, təcavüzə məruz qaldığını, yaşlı kişilərlə cinsi əlaqəyə məcbur edildiyini dilə gətirib. Anasının üzv olduğu təriqətdə doğulan Daun bildirib ki, ona erkən yaşlarında çarmıxa çəkilmiş çılpaq qadın rəsmləri göstərib, yaşlılarla yaxınlıq etməyə məcbur edirdilər. Onlar həmçinin küçələrdə diləndirilərək "dini" cəmiyyətləri üçün pul da yığırdılar.

Hazırda 29 yaşı olan Daun Barcroft TV-yə müsahibəsində deyib:

"Uşaq olarkən siz dişlərinizi yumağı öyrənəndə, mən sekslə necə məşğul olmağı bilirdim. Bizə öyrətmişdilər ki, Tanrı sevgidir və Tanrıya sevgini göstərməyin tək yolu seksdir. Bundan başqa nəsə öyrətməmişdilər. Beynimizi yuyurdular.

Düşünürəm ki, bunu yaşamayan mənim hisslərimi anlaya, necə əzabverici bir şey olduğunu bilməz. Hər cəhətdən istismar olunurduq, həm cinsi, həm ruhi, həm də psixoloji...

Tək qaldığım zaman çox sevinirdim. Məncə, tək qalarkən qurduğum planlar qaçmağıma kömək olub.

Midnayt adlı itim var idi. Tək qalanda onunla dərdləşirdim. Onu çox istəyirdim. Sanki məni başa düşürdü. Ona bütün dərdimi danışırdım və sakitcə dinləyirdi, məni mühakimə etmirdi, günahlandırmırdı, cəzalandırmırdı".

Belə vəziyyətə dözə bilməyən Daun 13 yaşındaykən adı indi "Family International" olan "Children of God"-dan qurtula bilib. Lakin, onun özünə gəlməyi və təsir altından çıxa bilməsi üçün illər lazım olub.


Xəbərə aid fotolar