15 min dollarlıq qızıl aldı, pulunu vermədi


Digərləri 10 Yan 2018 20:50:00 242 0

15 min dollarlıq qızıl aldı, pulunu vermədi

Bakı sakini üzləşdiyi dələduzluq əməli ilə bağlı polisə müraciət edib. 

Son.az lent.az-a istinadən xəbər verir ki, 1977-ci il təvəllüdlü Qasımov Yusif Əbdül oğlu polisə müraciət edərək bildirib ki, tanışı, 1986-cı il təvəllüdlü Elşən Səmədov satış məqsədi ilə ondan 15300 dollarlıq qızıl alıb.   Şikayətçinin sözlərinə görə, E.Səmədov 2016-cı ilin noyabrında onun işlədiyi Mərkəzi Univermaqdan xeyli qızıl götürüb. Lakin həmin şəxs verdiyi vədə əməl etməyib və qızılların pulunu verməkdən boyun qaçırıb.

Müraciət əsasında araşdırma aparılır.