Bakıda ilk dəfə Vinks pərilərinin iştirakı ilə musiqili və əyləncəli şou keçiriləcək (VİDEO)


Digərləri 10 Yan 2018 20:47:03 279 0

Bakıda ilk dəfə Vinks pərilərinin iştirakı ilə musiqili və əyləncəli şou keçiriləcək (VİDEO)

İlk dəfə olaraq martın 3-də Bakıda, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “Fey-Feeriya” (“Pərilər aləmi – pərilər”) adlı musiqili şou keçiriləcək.

Bakı. İlk dəfə olaraq martın 3-də Bakıda, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “Fey-Feeriya” (“Pərilər aləmi – pərilər”) adlı musiqili şou keçiriləcək. Trend-in məlumatına görə, şou balaca qızlarımız üçün çox gözəl 8 Mart hədiyyəsi olacaq. Hər bir qız orada olmağı arzu edir! Sevimli Vinks pərilərinin iştirakı ilə interaktiv tamaşa uşaqlara sehr, dostluq, şənlik və maraqlı macəralarla dolu mühit bəxş edəcək. Gənc pərilər tamaşa iştirakçılarına sehrbazlığın sirlərini açacaqlar və ən sevimli mahnıları ifa edəcəklər. Lakin hər bir əyləncə gecəsində olduğu kimi, sürprizlərsiz də ötüşməyəcək. Zalım Triks cadugərləri bayramı bütün vasitələrlər korlamağa çalışacaqlar. Lakin nahaq yerə. Gözəl pərilər gənc tamaşaçıların köməkliyi ilə zərbəni layiqincə dəf edəcəklər və şər cəzalandırılacaq! Hərarətli Vinks altılığı ilə birlikdə yıxılana qədər oynamaq və oxumaq mümkün olacaq.