Fransada 7 nəfər "Eleanor"un qurbanı oldu


Digərləri 10 Yan 2018 20:15:35 186 0

Fransada 7 nəfər "Eleanor"un qurbanı oldu

Fransada tüğyan edən "Eleanor" qasırğası insan tələfatı və dağıntılara yol açıb.

Bakı. Fransada tüğyan edən "Eleanor" qasırğası insan tələfatı və dağıntılara yol açıb. Trend-in məlumatına görə, qasırğa nəticəsində həlak olanların sayı 7 nəfərə çatıb. Yuxarı Marna rayonu Departamentinin rəsmi "Twitter" səhifəsində qasırğanın yeddinci qurbanının meyitinin Ruvr-Syur-Ob yaşayış məntəqəsində tapıldığı bildirilir.