"Stratfor" analitiki “ŞimalCənub” dəhlizinin regionda geosiyasi tarazlığa təsiri barədə: Əhəmiyyətli təsir göstərəcək


Siyasət 10 Yan 2018 19:59:00 322 0

"Stratfor" analitiki “ŞimalCənub” dəhlizinin regionda geosiyasi tarazlığa təsiri barədə: Əhəmiyyətli təsir göstərəcək

"Şimali Avropa ilə Cənub-Şərqi Asiyanı birləşdirəcək "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi regionda geosiyasi tarazlığa əhəmiyyətli təsir göstərəcək".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu "Azernews"a müsahibəsində "Stratfor" kəşfiyyat-analitika şirkətinin böyük analitiki Yevgeni Çausovski deyib.

O qeyd edib ki, dəhlizin işə başlaması ilə tranzit müddəti və məhsulların qiyməti azala bilər: "Layihə həmçinin bu marşruta daxil olan ölkələr, xüsusilə də Rusiya və İran arasında əlaqələrin güclənməsinə xidmət edəcək".

Hazırda Hindistandan Rusiyaya yüklərin çatdırılması üçün 40 gündən çox müddət tələb olunur. "Şimal-Cənub" dəhlizi bu müddəti 25 günə salmağa imkan verəcək.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində