AzTA: Bölgələrdəki bəzi hotellər müştərilərdən hələ də nikah şəhadətnaməsi tələb edir


Digərləri 10 Yan 2018 20:00:34 278 0

AzTA: Bölgələrdəki bəzi hotellər müştərilərdən hələ də nikah şəhadətnaməsi tələb edir

Bakıda artıq belə hal qeydə alınmasa da, bölgələrdə bir necə hotel hələ də yerləşdirmə üçün birlikdə müraciət edən, Azərbaycan vətəndaşları olan kişi və qadından nikah şəhadətnaməsi tələb edir.

Bakı. İlhamə İsabalayeva – Bakıda artıq belə hal qeydə alınmasa da, bölgələrdə bir neçə hotel hələ də yerləşdirmə üçün birlikdə müraciət edən, Azərbaycan vətəndaşları olan kişi və qadından nikah şəhadətnaməsi tələb edir. Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov deyib. Onun sözlərinə görə, əcnəbi müştərilərdən isə həmin hotellər nikah haqqında şəhadətnamə tələb etmirlər: “Hotellərin nikah kağızı tələb etməsi qanuna ziddir. Çünki şəxsiyyəti təsdiq edən sənəd təqdim edildiyi halda, hotel müştərini qəbul etməlidir. Əgər hotel şəxsiyyət vəsiqəsini qəbul etmirsə, ilk növbədə Azərbaycan vətəndaşına qarşı və ölkə tərəfindən tanınan şəxsiyyət vəsiqəsinə hörmətsizlik edir”. Belə halların İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Avropa Konvensiyasına zidd olduğunu deyən N.Bağırov qeyd edib ki, hotelə getdiyi zaman nikah şəhadətnaməsi tələb olunan şəxslər hüquqlarını qorumaq üçün məhkəməyə müraciət etməlidirlər: