Ayaz Quliyevin yeni klubu məlum olub


İdman 10 Yan 2018 19:20:00 340 0

Ayaz Quliyevin yeni klubu məlum olub

Azərbaycan millisində çıxış etməyə namizəd olan Ayaz Quliyev karyerasını "Rostov"da davam etdirəcək. Goal.az xəbər verir ki, transfer hüquqları "Spartak"a məxsus olan 21 yaşlı yarımmüdafiəçi 2018-ci il 31 maya kimi icarədə oynayacaq.

Ayaz Quliyev 2014-cü ildən "Spartak"ın əvəzedici komandasında çıxış etməyə başlayıb. Bu mövsümün ilk yarısını "Anji"də keçirən futbolçu Rusiya Premyer Liqasında 11 oyuna 1 qol vurub.