Bakıda ilk dəfə Vinks pərilərinin iştirakı ilə musiqili və əyləncəli şou keçiriləcək VİDEO FOTO


Digərləri 10 Yan 2018 19:06:00 304 0

Bakıda ilk dəfə Vinks pərilərinin iştirakı ilə musiqili və əyləncəli şou keçiriləcək  VİDEO  FOTO

İlk dəfə olaraq martın 3-də Bakıda, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Fey-Feeriya" ("Pərilər aləmi - pərilər") adlı musiqili şou keçiriləcək.

Son.az-ın məlumatına görə, şou balaca qızlarımız üçün çox gözəl 8 Mart hədiyyəsi olacaq.

Əyləncə gecəsi məşhur Vinks pərilərinin qonağı olacaq! Hər bir qız orada olmağı arzu edir!

Sevimli Vinks pərilərinin iştirakı ilə interaktiv tamaşa uşaqlara sehr, dostluq, şənlik və maraqlı macərlarla dolu mühit bəxş edəcək.

Gənc pərilər tamaşa iştirakçılarına sehrbazlığın sirlərini açacaqlar və ən sevimli mahnıları ifa edəcəklər. Lakin hər bir əyləncə gecəsində olduğu kimi, sürprizlərsiz də ötüşməyəcək. Zalım Triks cadugərləri bayramı bütün vasitələrlər korlamağa çalışacaqlar. Lakin nahaq yerə. Gözəl pərilər gənc tamaşaçıların köməkliyi ilə zərbəni layiqincə dəf edəcəklər və şər cəzalandırılacaq! Hərarətli Vinks altılığı ilə birlikdə yıxılana qədər oynamaq və oxumaq mümkün olacaq.

Gənc tamaşaçılar yeni interaktiv format sayəsində bilavasitə tamaşada iştirak edəcəklər və sevimli qəhrəmanların əsl köməkçiləri ola biləcəklər. Darıxmaq dəqiq lazım gəlməyəcək!

Uşağınıza unudulmaz bayram hədiyyə edin və əyləncə gecəsinə qoşulmağa tələsin!


Xəbərə aid fotolar