Oğuzda külək fəsadlar törədib


Sosial 10 Yan 2018 18:44:41 259 0

Oğuzda külək fəsadlar törədib

16 ailənin yaşadığı binanın dam örtüyü uçub

 Azərbaycanın şimal-qərb bolgəsində güclü külək bir sıra fəsadlara səbəb olub.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, təbii fəlakət nəticəsində Oğuz rayonunun mərkəzində və Calud kəndində evlərə və obyektlərə ziyan dəyib, dəmir konstruksiyalı elektrik dirəkləri aşıb, enerjinin verilməsində fasilələr yaranıb.

Eyni zamanda 16 ailənin məskunlaşdığı binanın dam örtüyü tamamilə dağılıb. Callud kəndində ilkin məlumata əsasən, 11 ailəyə məxsus yaşayış və köməkçi binalarda külək dağıntılar törədib.

Faktla əlaqədar Oğuz Rayon Fövqəladə Hallar Komissiyasının tapşırığı ilə bir sıra xidmət müəssisələri gücləndirilmiş iş rejiminə keçib. Oğuz Rayon Mənzil İstismar idarəsi təmir işlərinə başlayıb, digər fəsadların da qısa müddətdə aradan qaldırılacağı bildirilir.