Həsrətlə baxan uşağın arzusu gerçəkləşdi FOTO


Digərləri 10 Yan 2018 18:18:00 249 0

Həsrətlə baxan uşağın arzusu gerçəkləşdi  FOTO

Suriya qaçqını olan 12 yaşlı Məhəmməd Xalid Türkiyənin Adıyaman şəhərində ayaqqabı boyayaraq ailəsi üçün pul qazanırdı.

Son.az Milliyet-ə istinadən bildirir ki, şəhərin Turqut  Reis məhəlləsindəki İstiqlal küçəsində yerləşən fitnes zalının qarşısında duraraq zalda məşq edənlərə həsrətlə baxan oğlanın fotosu sosial şəbəkələrdə yayılandan sonra o, məşhurlaşıb.

Zalın sahiblərindən olan Engin Doğan bundan xəbər tutan kimi Xalidi tapıb və ona zalda ömürlük abunəni hədiyyə edib.

"Xalid bundan sonra istədiyi vaxt zala gələrək istədiyi qədər məşq edə bilər", - Doğan deyib.


Xəbərə aid fotolar