Prezident İlham Əliyev 2018ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında sərəncam imzalayıb


Siyasət 10 Yan 2018 18:05:00 78 0

Prezident İlham Əliyev 2018ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında sərəncam imzalayıb

Prezident İlham Əliyev 2018-ci ilin Azərbaycan Respublikasında "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi haqqında  sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:

1918-ci il mayın 28-də Azərbaycan xalqının həyatında misilsiz hadisə baş vermiş, Müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti qurulmuşdur. Cəmi iki ilə yaxın yaşamış Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoymuş, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlamışdır. 

2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü tamam olur. Bu əlamətdar hadisənin dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" 2017-ci il 16 may tarixli 2867 nömrəli Sərəncamına əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müvafiq tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılmışdır. Bu tədbirlərlə yanaşı, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ilə əlaqədar ölkədə və ölkə xaricində silsilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

2018-ci il Azərbaycan Respublikasında "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilsin.

Son.az 

Hollivud ulduzu işçisinə təcavüz edib like
  • 10 Yan 18:01  
Digərləri Hollivud ulduzu işçisinə təcavüz edib

Hollivudun məşhur ulduzu Maykl Duqlas haqqında qalmaqala səbəb olan iddia o

arrow Ətraflı
Azercell daha bir eksklüziv mağazasını Mərdəkanda açıb (FOTO) like
  • 10 Yan 17:56  
Digərləri Azercell daha bir eksklüziv mağazasını Mərdəkanda açıb (FOTO)

Azərbaycanın lider mobil operatoru Azercell Telekom yeni konsepsiyaya uyğun m

arrow Ətraflı
"Zek" Bakıda 2 kilodan çox heroinlə gəzirmiş  FOTO like
  • 10 Yan 17:51  
Digərləri "Zek" Bakıda 2 kilodan çox heroinlə gəzirmiş FOTO

Bakıda narkotik maddələrin satışı ilə məşğul olan keçmiş məhkumdan

arrow Ətraflı
Bakıxanov körpüsünün seysmodayanıqlığı yoxlanılır like
  • 10 Yan 17:47  
Digərləri Bakıxanov körpüsünün seysmodayanıqlığı yoxlanılır

"Seysmodayanıqlığın və texniki vəziyyətin monitorinqi üçün Bakıx

arrow Ətraflı
Türkiyə Rusiya ilə qarşılaşacaq like
  • 10 Yan 17:45  
İdman Türkiyə Rusiya ilə qarşılaşacaq

DÇ-2018-dən kənarda qalan Türkiyə millisi mundiala ev sah

arrow Ətraflı
Fərid Qayıbov UEG prezidenti qismində ilk müraciətini edib like
  • 10 Yan 17:45  
Digərləri Fərid Qayıbov UEG prezidenti qismində ilk müraciətini edib

Fərid Qayıbov Avropa Gimnastika İttifaqının (UEG) prezidenti qismində ilk

arrow Ətraflı
Fərid Qayıbov UEG prezidenti qismində ilk müraciətini edib like
  • 10 Yan 17:43  
Digərləri Fərid Qayıbov UEG prezidenti qismində ilk müraciətini edib

Fərid Qayıbov Avropa Gimnastika İttifaqının (UEG) prezidenti qismində ilk

arrow Ətraflı
Azərbaycandakı məscid, kilsə və sinaqoqların SAYI açıqlandı like
  • 10 Yan 17:43  
Digərləri Azərbaycandakı məscid, kilsə və sinaqoqların SAYI açıqlandı

Azərbaycanda dini qurumların yenidən dövlət qeydiyyatına alınması proses

arrow Ətraflı
Tehranda etirazların keçirilməsi üçün xüsusi park yaradılacaq like
  • 10 Yan 17:40  
Digərləri Tehranda etirazların keçirilməsi üçün xüsusi park yaradılacaq

Tehran meriyası etirazların keçirilməsi üçün xüsusi parkın yaradılmas

arrow Ətraflı