"Qardaşlarımın yanında başıaşağı olacağım heç nə etməmişəm" Nazənin VİDEO FOTO


Şou-biznes 10 Yan 2018 17:56:00 343 0

"Qardaşlarımın yanında başıaşağı olacağım heç nə etməmişəm"  Nazənin  VİDEO  FOTO

ARB Ulduz-un "Şou məkan" proqramının növbəti müsahibi Nazənin olub.

Son.az bildirir ki, müğənni ilk olaraq "dövlətdə dəvə, övladda nəvə", deyib onlardan ürəkdolusu danışdı:

"2017-ci ildə iki nəvəm dünyaya gəldi. Birinin adını Nazənin qoyduq, o birinin adını isə atamın adı ilə Rəhim qoymuşuq. İndi avtomobilə oturan kimi görüntülü zəng edəcəm. Oxumağa başlayan kimi bir oynayacaq ki, gəl görəsən".

Ailəsinin və izləyicilərinin qarşısında başıaşağı olacaq heç nə etmədiyini dilə gətirən sənətçi hətta düşmənlərinə belə xoş gün arzuladı:

"Mən övladlarımın qarşısında, ailəmin qarşısında, qardaşlarımın, tamaşaçıların, sizin qarşınızda başıaşağı olacağım heç nə etməmişəm. Başım dik gəzirəm.

Allah mənim düşmənlərimə də gözəl gün nəsib etsin. Gözəl günə başları qarışsın, Nazənin yadlarından çıxsın. Onlar pis gün yaşasalar, fırlanıb gəlib Nazənindən yapışacaqlar".


Xəbərə aid foto