Azərbaycandakı məscid, kilsə və sinaqoqların SAYI açıqlandı


Digərləri 10 Yan 2018 17:43:00 271 0

Azərbaycandakı məscid, kilsə və sinaqoqların SAYI açıqlandı

Azərbaycanda dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan (01.09.2009-cu il) sonra 793 dini qurum qeydiyyatdan keçib.

Son.az xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, konfessional baxımdan dini qurumların 765-i İslam, 28-i isə qeyri-islam (xristian - 17; yəhudi - 8; krişna - 1; bəhai - 2) təmayüllüdür.

2017-ci ildə dini təhsil müəssisələrinin (kollec) dövlət qeydiyyatına alınması prosesi başlayandan 10 dini təhsil müəssisəsi dövlət qeydiyyatına alınıb.

Ölkə ərazisində 2250 məscid mövcuddur, onlardan 136-sı Bakı şəhərində yerləşir. Ölkə ərazisində 14 kilsə, 7 sinaqoq fəaliyyət göstərir.