Bakıxanov körpüsünün seysmodayanıqlığı yoxlanılır


Digərləri 10 Yan 2018 17:47:00 232 0

Bakıxanov körpüsünün seysmodayanıqlığı yoxlanılır

"Seysmodayanıqlığın və texniki vəziyyətin monitorinqi üçün Bakıxanov küçəsində yerləşən və hazırda istismarda olan körpünün gövdəsində informasiya sistemi quraşdırılıb".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, akademik Nazim Məmmədov Rəyasət Heyətinin bu gün keçirilən iclasında məruzə ilə çıxış edərkən deyib.

Bəzi statistik məlumatları nəzərə çatdıran N.Məmmədov hesabat ilində bölmənin müəssisələrində 18 problemə aid 82 mövzu üzrə 323 tədqiqat işinin aparıldığını deyib: "12 mövzu və 146 iş artıq tamamlanıb. Bölmə üzrə patent üçün 17 iddia sənədi verilib və 6-sı xaricdə olmaqla 16 patent alınıb". 2017-ci ildə alimlərin 1061 məqaləsinin dərc olunduğunu vurğulayan akademik onlardan 462-nin Scopus və Thomson Reuters bazalarına daxil olan impakt faktorlu jurnal və konfrans materiallarında yer aldığını qeyd edib. Əməkdaşların əsərlərinə 9956 istinad olunduğunu söyləyib.