Türkiyə Rusiya ilə qarşılaşacaq


İdman 10 Yan 2018 17:45:00 230 0

Türkiyə Rusiya ilə qarşılaşacaq

DÇ-2018-dən kənarda qalan Türkiyə millisi mundiala ev sahibliyi edəcək Rusiya yığması ilə yoldaşlıq görüşündə üz-üzə gələcək.

Goal.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Xəbərdə qarşılaşmanın iyunun 5-də, Rusiyada keçiriləcəyi qeyd edilib. Qarşılaşmanın başlama saatı və məkanı hələ ki, bəlli deyil.

Xatırladaq ki, Türkiyə millisi martın 23-də İrlandiya, mayın 28-də isə İranla yoldaşlıq görüşlərində qüvvəsini sınayacaq.