Fərid Qayıbov UEG prezidenti qismində ilk müraciətini edib


Digərləri 10 Yan 2018 17:43:00 209 0

Fərid Qayıbov UEG prezidenti qismində ilk müraciətini edib

Fərid Qayıbov Avropa Gimnastika İttifaqının (UEG) prezidenti qismində ilk müraciətini edib

Bakı. Ənvər Məmmədov – Fərid Qayıbov Avropa Gimnastika İttifaqının (UEG) prezidenti qismində ilk müraciətini edib. Trend-in məlumatına görə, müraciət UEG-in rəsmi saytında yerləşdirilib. Avropa gimnastika federasiyalarının nümayəndələrini təbrik edən F.Qayıbov 2017-ci il dekabrın 1-2-də Xorvatiyanın Split şəhərində keçirilmiş 27-ci UEG Konqresinin təşkilatçılarına təşəkkürünü bildirib: “Xorvatiya Gimnastika Federasiyasının səyləri nəticəsində Konqres yüksək səviyyədə keçirildi. Mən yaradılan şəraitə görə təşkilatçılara minnətdarlığımı bildirmək istərdim. Öz nümayəndələrini göndərən və Avropanın vahidliyinə dəstəyini bildirən bütün federasiyalara təşəkkür edirəm. Mən Avropa gimnastikasının gələcəyi üçün vacib hesab olunan qərarların qəbul edilməsi məqsədilə 50 federasiyanın nümayəndələrinin bir yerə toplaşmasını görməkdən çox məmnun oldum”.