Prezident İlham Əliyev: “Dünya birliyi Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz ərazisi kimi tanıyır”


Siyasət 10 Yan 2018 17:12:00 262 0

Prezident İlham Əliyev: “Dünya birliyi Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz ərazisi kimi tanıyır”

Dövlət başçısı: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll oluna bilər”

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll oluna bilər”.

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib. 

Dövlət başçısı Azərbaycanın mövqeyinin ədalətli və beynəlxalq hüquqa əsaslandığını bildirib. Prezident İlham Əliyev vurğulayıb ki, bunu Dağlıq Qarabağda keçirilən "referendum"un beynəlxalq ictimaiyyət və təşkilatlar tərəfindən tanınmaması ilə bağlı verilən bəyanatlar da təsdiqləyir: "Dünya birliyi Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz ərazisi kimi tanıyır".