ABŞ-da vəfat etmiş məşhur pianoçu Bakıda dəfn ediləcək


Digərləri 10 Yan 2018 17:21:00 274 0

ABŞ-da vəfat etmiş məşhur pianoçu Bakıda dəfn ediləcək

ABŞ-da vəfat etmiş tanınmış azərbaycanlı pianoçu, respublikanın Xalq artisti Çingiz Sadıxov Bakıda dəfn ediləcək.

Bakı. ABŞ-da vəfat etmiş tanınmış azərbaycanlı pianoçu, respublikanın Xalq artisti Çingiz Sadıxov Bakıda dəfn ediləcək. Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən, görkəmli musiqiçinin nəşi vətənə gətiriləcək və Bakıda, II Fəxri xiyabanda dəfn ediləcək. Hazırda aidiyyəti dövlət qurumları bununla bağlı təşkilati işləri həyata keçirirlər. Çingiz Hacı oğlu Sadıxov 1929-cu il aprelin 5-də Bakıda anadan olub. İlk musiqi təhsilini paytaxtdakı Onillik musiqi məktəbində (indiki Bülbül adına Orta ixtisas musiqi məktəbi) alıb. Sonra Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) Fortepiano fakültəsində, Moskva Dövlət Konservatoriyasının aspiranturasında oxuyub.