Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları kəskin azalıb


İqtisadiyyat 10 Yan 2018 17:11:41 249 0

Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları kəskin azalıb

ƏDV üzrə daxilolmaların həcmi 10,5%, yol vergisi üzrə daxilolmalar isə 9 dəfə azalıb

 2017-ci ilin dekabr ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 225 379,6 min manat həcmində vergi və rüsumlar daxil olub.

"Report" DGK-ya istinadən xəbər verir ki, bu, 2016-cı ilin dekabr ayı ilə müqayisədə 9 625,8 manat və yaxud 4,1% azdır.

Hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının məbləği isə illik müqayisədə 20 342,1 min manat və yaxud 38% artaraq 73 905,2 min manata çatıb.

ƏDV üzrə daxilolmaların həcmi 15 566,2 min manat və yaxud 10,49% azalaraq 132 850,2 min manat, aksizlər üzrə daxilolmalar 9 339,20 min manat və yaxud 147,41% (2,5 dəfə) artaraq 15 674,7 min manat, yol vergisi üzrə daxilolmalar isə 23 745,90 min manat və yaxud 88,97% (9,1 dəfə) azalaraq 2 949,50 min manat təşkil edib.