Prezident: “Dünyanın müxtəlif yerlərində təhlükələrin artmasına baxmayaraq, Azərbaycanda sabitlik təmin olunub”


Siyasət 10 Yan 2018 17:14:59 239 0

Prezident: “Dünyanın müxtəlif yerlərində təhlükələrin artmasına baxmayaraq, Azərbaycanda sabitlik təmin olunub”

“Bu sabitliyin, uğurun təməlində xalq iqtidar birliyi dayanır”

“2017-ci ildə Azərbaycan sürətlə unkişaf edib. Dünyanın müxtəlif yerlərində təhlükələrin, risklərin artmasına baxmayaraq, Azərbaycanda sabitlik, təhlükəsizlik təmin olunub".

“Report”un xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Dövlət başçısı bildirib ki, dünyada mövcud olan geosiyasi mürəkkəb vəziyyəti nəzərə alaraq ölkəmizdə əldə olunan nəticələr yüksək qiymətə layiqdir: “Bütün bunlar sabitlik nəticəsində əldə olunub. Bu sabitliyin, uğurun təməlində xalq iqtidar birliyi dayanır”.