Qayınanası Sevdanı biabır etdi: "Deyir ki, uşaqlarımın atası Cəmil deyil"


Şou-biznes 10 Yan 2018 17:17:00 278 0

Qayınanası Sevdanı biabır etdi: "Deyir ki, uşaqlarımın atası Cəmil deyil"

Müğənni Sevda Sanəliyevanın ailəsi ilə bağlı verdiyi açıqlama həyat yoldaşının anasının etirazına səbəb olub.

Son.az axşam.az-a istinadən xəbər verir ki, ifaçının qayınanası sosial şəbəkə vasitəsiylə sənətçinin ünvanına təhqir yazıb.

O, Sevdanın yalan danışdığını, oğlunun ailəsini dağıtdığını bildirib. Xanım eyni zamanda oğlundan da incik olduğunu gizlətməyib:

"Sən Cəmili evlə, maşınla, paltarla aldadıb özünə ər etmisən. O, özü də deyib ki, Sevdanı aldadıb atacam. Onun səsyazısı da var. İki uşağın ahı Sevdanı tutacaq. Sevda özü də deyib ki, mənim uşaqlarımın atası Cəmil yox, İlkindir. Sevdanın verdiyi bütün məlumatlar yalandır, hamısını da sübut edə bilərəm. O, bu həyatda rahat yaşamayacaq, bunu bilsin. Görsün onun başına nə oyun açılacaq. Bu işin sonunu gözləsin. Elə bilir xoşbəxt yaşayacaq? Hələ xoş günlər görsün. Bir də görəcək ki, ərsiz qalıb. Bu sözləri yazan Cəmilin anasıdır. Mənim oğlum orada olduğu müddətdə mən də onu rahat buraxmayacam".