Ərinin yanında keçmiş sevgilisi ilə VİDEOsunu göstərdilər


Dünya 10 Yan 2018 17:03:00 251 0

Ərinin yanında keçmiş sevgilisi ilə VİDEOsunu göstərdilər

Seda Sayan Demet Akalın və əri Okan Kurtu Show TV-də yayımlanan proqramına qonaq çağırıb.

Son.az Haberler-ə istinadən xəbər verir ki, Demetin bioqrafiyasından bəhs edən videoda keçmiş sevgilisi İbrahim Kutluaya yer verilincə o, pərt olub.

Demet Akalın böyük eşqi İbrahim Kutluay ilə "Senin Anan Güzel mi?" mahnısında kamera qarşısına keçmişdi. İbrahim Kutluay Demet Şener ilə müğənni xanıma xəyanət edincə, Demet çox çətin dönəm yaşamışdı. Seda Sayanın proqramında da dünən bu klipə yer verilincə, Demet Akalının üz ifadəsi dəyişib.

Video təqdim edildikdən sonra Okan Kurt olaya reaksiya verməməsi ilə diqqət mərkəzinə düşüb.

Qeyd edək ki, Demet 2012-ci ildə Okan Kurtla ailə həyatı qurub. Cütlüyün 3 yaşında Hiray adlı bir oğlan övladı var.