"Koutinyonu "Liverpool"a gətirəndə onun bacarığına şübhə edənlər vardı"


İdman 10 Yan 2018 16:46:00 286 0

"Koutinyonu "Liverpool"a gətirəndə onun bacarığına şübhə edənlər vardı"

"Celtic"in baş məşqçisi Brendan Rocers "Liverpool"da birgə çalışdığı Filippe Koutinyo barədə danışıb. Goal.az xəbər verir ki, Rocers braziliyalı ulduzla yaxşı münasibət saxladıqlarını bildirib.

"O, "Barcelona"ya keçəndən sonra mənə ismarıc göndərdi. Koutinyo əla oğlandır. Aramızda heç vaxt problem olmayıb. Filippe hər kəsin işləmək istədiyi möcuzəli futbolçudur. Bu transfer onun özünə və "Barcelona"ya xeyir gətirəcək. Onu "Liverpool"a gətirəndə onun bacarığı, səviyyəsinə şübhə edənlər vardı. Amma mənə Koutinyoya inandım və potensialını gördüm. O, həmişə stabil oynayıb. Hətta 11 yaşında da. Sadəcə Filippenin inama ehtiyacı vardı".