Castin Kluvert: "Atam kimi mən də zirvədə ola bilərəm"


İdman 10 Yan 2018 16:28:00 317 0

Castin Kluvert: "Atam kimi mən də zirvədə ola bilərəm"

"Ajax"ın gənc hücumçusu Castin Kluvert atası kimi futbolda öz sözünü deyəcəyinə ümidlidir. Goal.az xəbər verir ki, Castin Hollandiya mətbuatına açıqlamasında bunları deyib:

"Kluvert soyadının həmişə yüksəkdə olmasını istəyirəm. Hamı bu soyadın kimə məxsus olduğunu bilir. Bu, mənə motivasiya verir. Atam kimi mən də zirvədə ola bilərəm. Ondan biraz pis, biraz yaxşı olmağım mümkündür. Atam kimliyimlə öyünməyimə səbəbdir. Bu cür valideynin olması qürurvericidir".

Patrik Kluvert futbolçu karyerası ərzində 3 dəfə Hollandiya, 1 dəfə İspaniya çempionu olub. O, Çempionlar Liqası, Avropa Kuboku, Klublararası dünya çempionatını da qazanıb.