Dünya Bankı: Azərbaycan iqtisadiyyatını diversifikasiya etməsə, inkişaf zəif olacaq


İqtisadiyyat 10 Yan 2018 16:17:11 250 0

Dünya Bankı: Azərbaycan iqtisadiyyatını diversifikasiya etməsə, inkişaf zəif olacaq

Proqnoz: Bu il ölkədə real ÜDM-in 0,9%, 2019-cu ildə 1,5%, 2020-ci ildə 2,6% artacağı proqnozlaşdılır

"Əsas neft ixracatçıları öz iqtisadiyyatılarını diversifikasiya edə bilməsələr, zəif inkişaf edəcəklər. Məsələn, Azərbaycan, Qazaxıstan, Rusiya və Özbəkistanda qəbul edilən ortamüddətli strategiyalar reallaşdırılmasa, bu ölkələr iqtisadi artımın daha az olmasından əziyyət çəkə bilər".

"Report" xəbər verir ki, bu barədə Dünya Bankının açıqladığı “Global Economic Prospects” adlı hesabatda qeyd edilir.

Məlumatda bildirilir ki, Azərbaycan iqtisadiyyatında geriləmə 2016-cı illə müqayisədə 2017-ci ildə yavaşlasa da, proses davam edib. Belə ki, iqtisadi geriləmə 2016-cı ildə 3,1% təşkil edib, 2017-ci ildə isə 1,4% olacağı gözlənilir. 

"2014-2016-cı illərdə neft qiymətlərindəki azalma bank sektorunda problemlər və dövlət gəlirlərinin azalması da daxil olmaqla iqtisadiyyatda geriləmə ilə müşahidə olunub. Zəif monetar siyasət inflyasiya ilə mübarizədə pul-kredit siyasətini məhdudlaşdırıb. Bununla yanaşı, qeyri-neft sektorunda bərpa və investisiya qoyuluşunda artım müşahidə olunub", - deyə sənəddə qeyd olunub.

Məlumata görə, bu il Azərbaycanda real ÜDM-in 0,9%, 2019-cu ildə 1,5%, 2020-ci ildə isə 2,6% artacağı proqnozlaşdılır.